Əcaib Səyahətim

0
43

 

476127_508781692520652_715484484_o

Əslində nə yazmaqda,nə də danışmaqda o qədər yaxşı deyiləm,amma Jalə mənə belə dəyər verib bu qədər uzun müddət ərzində mənim yazımı gözləyib,bloqunda yazılacaq olan ilk məqalənin sahibi olmaq şərəfini mənə bəxş etdiyinə görə,əlbəttə ki yazmaq boynumun borcudur deyirəm və çox əcaib,qeyri-adi səyahət macərama başlayıram JBaxmayın belə çox danışdığıma , o qədər də çox gəzib çox bilənlərdən deyiləm.Amma ki,bu azsaylı səyahətlərim ərzində ömrüm boyunca yetəcək həyəcan yaşamışam . Ən maraqlı,ən həyəcanlı və ən qeyri-adi İstanbul səyahətimdən yazmağa çalışacam 🙂

Normal insanlar biletlərini alıb,təyyarəyə minib,əgər təyyarə yolda qəzaya uğramasa ( 😀 ) problemsiz ölkəyə çatırlar.Mənim macəra adlandırdığım səyahətimdə başıma gələnlər elə təyyarəya mindiyim andan başlamışdı.(burası bir az gizli olduğuna görə yazammıram :))

Hər nəysə,hava limanından şəhərə getməyə görə avtobusa minməyə çalışanda çox gözəl bir mənzərəylə qarşılaşdım.Nə olsa yaxşıdı, o qədər gəzib,sırf Türkiyəyə gedəcəm deyə aldığım paltarım dəhşətli vəziyyətdəydi :/ Niyə bunu bu qədər dərd eliyirəm deyə fikirləşərsiz deyə deyirəm, ağ rəngdə don geyinmişdim və geyiləcək vəziyyətdən çıxmışdı .Neyniyim deyə qara-qara fikirləşirdim ki təbii ki hər dərdə dərman ,canlara dəyən( :D) Jalə köməyimə çatdı.Birtəhər avtobusa mindik, Taksimdə düşdük.O formada da gəzə bilmirəm,yüklər də bizdən ağırdı,ağlamamaq üçün zornan dayanmışam . Dolandıq,dolandıq  ən yaxın yerdə Mc Donalds var idi vəəə başqa paltarnan girib ,başqa paltarnan çıxdım (qadın zəkası mükəmməl bir şeydi 😀 )

“Bu arada İstanbula niyə getmişdik onu da deyim…Çox sevimli təşkilatımız AEGEE-nin Network Meeting-i idi.Bayaqdan ancaq Jalədən danışıram,ama iki nəfər deyildik təbii ki.Bakını təmsil edən şəxslər mən ,Jalə,Hörmətli Müəllimim Elmar( o səyahətdən sonra müəllimim deyil day 😀 ) və bir qız da var idi.”

Həəəə,paltar məsələsini həll etdik,tədbirin keçiriləcəyi yerə getdik və üç gün ərzində çox gözəl bir tədbir oldu.Orda da çox şey yaşadıq amma onları yazsam bir günüm bəs etməz 😉

Üç gün tədbir gözəl keçdi keçməsinə də ,sən demə görəcəyim “gözəlliklər” qabaqdaymış 🙂 Tədbirdən sonra guya İstanbulu gəzək deyə iki gün də əlavə qalmağa qərar vermişdik.2 gün də nə 2 gün oldu…öldüm,öldüm dirildim .Hekayəmə Türkiyədə təhsil alan çox çox hörmətli Rəşad qardaşımızı da daxil edərək davam etmək istəyirəm .Bəli,tədbirin son günü biz Azərbaycandan olan uşaqlar görüşdük,uzun uzun danışdıqdan sonra qalan iki gündə nə edəcəyimizi qərarlaşdırdıq.Elmar müəllim və Rəşad bəy həmin günü gözümdə nə az nə çox tam bir mələk kimi görünürdülər.Bizim iki gün ərzində qalacağımız yer məsələsini iki dəqiqəyə həll etmişdilər,heç bir problem olmayacaqdı.Məni görsəz nətər sevinirəm ,bəs pulum mənə qalacaq özümə paltar alacam filan ..Burda deyirlər sən saydığıvı say gör fələk nə sayır 🙂

Səhər açıldı ,uşaqlarnan sağollaşdıq,belə elə bil Nobel mükafatı almış kimi sevinə-sevinə gedirik ki bəs pulsuz yer tapmışıq ,tanış adam da var ,iki gün bacardığımız qədər gəzib əylənərik . Elmar müəllim də biznən sağollaşıb Makedoniyaya “padruqası”nın yanın getməyə görə ayrıldı.Arxasıyca su səpməyim qalmışdı ha nətər minnətdar idim ona -_-  Deməli,indi Rəşadın gəlib bizi götürməsinə görə gedib oturduq Mc Donaldsda( həyatımın qurtarıcısı oldu o Mc donalds :)…vəəə…Sizcə nə oldu? ….

Elmarı salmışıq yola,bir saatdan çoxdu Rəşad da ortalıqda yoxdu,zəng eliyirik ,zəng çatmır 🙂 Təkrar bir saat gözlədik ,amma boşa Məni kim tutar?? Üç saat əvvəl Nobel almış kimi sevinən sifətim bir B-yə görə Əlaçı ola bilməyən tələbənin sifətinə dönüşdü.Elmar,Rəşada zəng çatmaması,ortalıqlarda olmamaları bir yana,əvvəlcədən yer tapmağa qoymadıqlarına görə,hara zəng eləsək deyirlər yer yoxdu,bir gün əvvələcədən danışmalıydız.Nə gedəcək yer var,nə Elmar,nə Rəşad .Gözümdən yaşlar süzülür ,amma sifətimi də ağlamaq halına salmıram ki birdən biri bizə yaxınlaşar,iki qız qalmışıq tək ortada,mən də qorxağın birisi,TVdən də Türkiyə haqqında gördüklərim ..Can ay Röya 😀 Yaşlar axıre gözümdən,yaş da nə yaş J Axır özümə gəlib, axtara axtara bir yer tapdıq,amma mən o biri dünyanı görüb gəldim…Bəlii,biz elə yerləşirdik ki,telefona zəng gəldi,kim eləsə yaxşıdı? Bir gün əvvəl mələk bildiyim,bir saat əvvəlsə gördüyüm yerdə boğmağı fikirləşdiyim  RƏŞAD 🙂 Əlbəttə hər bir oğlanın qorxulu yuxusu olan,sevgilisi ,var imiş və qaqaşı nətər qorxudubsa uşaq biznən əlaqəni qopartmaqdan ötrü telefonunu belə sınıdırıb …eh nə deyə bilərəm ki,Allah başqa dərd verməsin 🙂

İki gün ərzində özümüz həll etdik çox məsələni ,gəzdik,əylənməyə də çalışdıq.Amma mənim deadline-larıma görə Jalə yazıq 9 olan kimi qaldığı yerə qayıtmağa məcbur qalırdı,çox şeydən də mənə görə mərhum oldu,amma səsini belə çıxartmadan mənə o 5 gün ərzində çox ama çox gözəl anlar yaşatdı .Qəpik-qəpik də olsa qayıtmaq pulumu düzəldib qayıda bildim və bu 5 gündə bir şeyi daha yaxşı başa düşdüm.Bilmirəm atalar deyib ya yox mən deyirəm 🙂

Həyatda iki şeyi düzgün seçin : 1)Yol yoldaşınızı  2)Həyat yoldaşınızı…Qalanı özü gələr 🙂

Maraqlı olmasa da yaşadığım hissləri sizinlə bölüşməyə çalışdım.Edə bildiyiniz halda çoxlu səyahət etməyə çalışın.Hər birinizə xoş və gözəl səyahətlər arzu edirəm. 🙂

Roya Əhmədzadə 

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here