Azad Ruhlu Amsterdam (2 ci hissə)

0
3000

Bu gün Sizlərə Amsterdama bir çox turistlərin real gelmə səbəbindən danışacam. Bəlkə də artıq ehtimal edirsiniz odur ki, uzatmadan keçirem mətləbə!

Ötən yazıda da qeyd etdiyim kimi, Amsterdamda çoxsaylı “Coffee shop”lar var amma onlar tamam fərqlidir.

Belə ki, Amsterdamda olan kofeshoplarda və digər smartşoplarda yüngül narkotik vasitələri qanuni olaraq satılır.

Bunlara, marixuanalı kekslər(çox yüngül effekti var), soran konfetlər (heç effekti yoxdur, hətta dostlarınıza hədiyyə olaraq gətirə bilərsiniz. Sadəcə olaraq, hava limanına çatmamışdan qutudan çıxarın ki, adi sormalara bənzəsin), şokoladlar, sabunlar və.s misal göstərilə bilər.

Hələ bu harasıdır?!

Siz burada, hazır vəziyyətdə olan, müxtəlif səviyyəli xaşxaşlı və ya marixuanalı siqaretlər də görəcəksiniz.(Siqaretlərin qiyməti isə 5 EUR-dan başlayır)

Amsterdamın bir digər xüsusi təamı isə göbələklərdir. Yenə də düşünürsüz ki, yəqin şampiniondan hazırlanan nəsə milli yeməkləri var. 😀 Lakin, yenə belə deyil J Çox qəribə olsa da Amsterdam göbələyi özü yüngül narkotik vasitəsidir və onun müxtəlif səviyyələri var. Səviyyəsindən asılı olaraq isə nəticəsi dəyişir. Yəni, bu göbələklər Sizə xoşbəxtlik, səbəbsiz gülüş, halusunasiya, uçmaq  və rahatlıq hissi yaşada bilər. (Azərbaycanda belə göbələk olsaydı, yəqin ki heç kim ət yeməzdi 😀 )

Ən maraqlısı isə odur ki, bunları dayandırmaq və normal halınıza geri qayıtmaq üçün sadəcə, Koko-Kola, portağal  və ya başqa hər hansısa bir meyvə şirəsi içməyiniz kifayətdir.

Qeyd edim ki, yuxarıda sadaladıqlarım da  Amsterdamda tam legal hesab olunur. Çünki onlar yüngül narkotik vasitələri olduğundan heç bir asılılıq yaratmır. Hətta, Amsterdam əhli üçün bunlar sadəcə həftə sonu dincəlmək üçün bir vasitədir.

Sözsüz ki, Amsterdama sadəcə bəzi yerlərdə legal olmayan şeylərin burada qanuni olması üçün gəlmirlər.

Amsterdam deyəndə insanların ağlında ilk canlandırdığı bir digər şey isə, gözəl tülpanlardır. Dünyanın ilk su üzərində olan tülpanlar bazarı da məhz burada yerləşir. Bazar sadəcə bir küçədən ibarətdir və oranı fəqli edən, gül magazalarının suyun üzərində yerləşməsidir.

 

 

Gül mağazalarının qarşısında isə pendir və şərab mağazaları var.  Hətta, Siz burada heç bir ödəniş etmədən, pendirin dadına da baxa bilərsiniz. (Bir sözlə, Amsterdamda ac qalmayacaqsınız.

Ümumilikdə, Amsterdamda bir çox qeyri-adi muzey və parklar var, lakin sərfəli səyahətçisinizsə heç o məkanlara boş yerə pul sərf etməyə dəyməz. Çünki sadəcə öz-özlüyündə belə çox fəqli və maraqlı şəhərdir.

Mənə görə, burada yüngüllük və rahatlıq abu-havası var. Amsterdamın sadəcə küçələrini gəzmək, su kanallarını körpü ilə keçmək, gözəl yaşıl parklarında dincəlmək, maraqlı və böyük pəncərələri olan evləri seyr etmək belə kifayətdir ki, səyahətdən, o cümlədən şəhərdən zövq alasan.

Əminəm ki, oranı ziyarət etdikdən sonra Siz də mənlə razılaşaraq, Amsterdama aşiq olacaqsızınız.

Arzu edirəm ki, hər biriniz tezliklə, heç olmasa 2018-də Amsterdama yolu düşsün.

 

Jalə Ələkbərova       

 

 

 

 

P.S  Əgər yazımı bəyəndinizsə, paylaşmağı unutmayın. Çünki paylaşmaq gözəldir. J

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here