Haqqımda

Salam! Mən Jalə Ələkbərova, 24 yaşım var və Bakıda yaşayıram. Həyat və yaradıcılığım ilə Sizləri yormaq istəmirəm. Qısaca, necə bloq yazmaq fikrinə gəldiyimdən bəhs edim. Blog-un və vlog-un nə olduğunu 1-ci kursda anladım və o zamanlar bütün bloqerlərə heyranlıqla baxırdım. Sonra bir neçə bloq təlimlərində iştirak etdim  və özümdədə bloq yaratmaq istəyi yarandı. Prosess bir xeyli zaman aldı. Çox düşündüm: “nədən yazım?”, “nədən danışım?”. Nəhayət 5 il sonra Sərfəli Səyahət mövzusunda qərarlaşdım .

Beləliklə, Əziz səyahətsevər bloquma Xoş gəlmisən!

Bu bloqda sərfəli səyahətdən bəhs edirəm.  Müxtəlif ölkələrin gəzməli, görməli məkanlarından, avtobus, metro, muzey biletlərinin qiymətlərindən və bunlar kimi bir çox  əhəmiyyətli məlumatlarla bölüşürəm. Ümid edirəm ki, yazılarım və videolarım hər biriniz üçün çox faydalı və maraqlı olacaq.

Niyə məhz seyahət ? Artıq 2012 ci ildən müxtəlif layihələr çərçivəsində  səyahət etməyə başladım və anladım ki, bu tamam başqa  hiss və başqa bir aləmdir.  Seyahət etməyi də  bacarmaq lazımdır. Çoxsayli məqamlar olduğunu anladım və sizlər ilə bu 3 il əzində öyrəndiklərim, əldə etdiyim təcrübə və səhayət etdiyim ölkələrlə tanış etmək istəyirəm. Mən sizin yaxşı bələdçiniz ola bilərəm.

Bloqun Missiyası : Səyahət etmək istəyən şəxslər üçün müxtəlif ölkələr barəsində və ümumilikdə sərfəli səyahət ilə  bağlı Azərbaycan dillində olan zəruri məlumat bazasının yaradılması.

Məqsədlər:

– Müxtəlif ölkələrə az vəsait sərf edərək  səyahət etməyin üsulları ilə bölüşmək.

– Hər bir səyahətçinin bilməli olduğu mühüm məqamları oxuyuculara çatdırmaq.

– Müxtəlif ölkələr barəsində maraqlı faktlar, məqamlar və videolar paylaşaraq insanların dünya görüşünü artırmağa yardımçı olmaq və maarifləndirmək.

– Oxuyucuları və izləyiciləri dünya ölkələri, onların mədəniyyəti, tarixi, memarlıq abidələri ilə tanış etmək.

– Hər bir oxucunun saytı tərk etdiyi zaman maraqlandığı ölkə və ya şəhər ilə bağlı tam məlumat əldə etmiş olması.

– Azərbaycan gəncliyinə sərfəli səyahət mədəniyyətini aşılamaq. (Səyahətin bir tək Antalyada hər şey daxil ( all inclusive) 5 ulduzdu oteldə şezlonqda uzanıb isntagrama şəkil qoymaq olmadığını həmçinin xaricdə hosteldə 12 nəfər ilə gecələməyin qorxulu və təhlükəli olmadığını anlatmaq)