WOWOMAN: WoWenture layihəsi.

0
92

13925019_647130405445846_3964382139030929209_n#Bloggerwowoman– Jalə Ələkbərova- Uzaq Sahillərdə bloqunun yaradıcısı

Jalə xanımın 23 yaşı var və o, tələbədir. “Sərfəli səyahət” mövzusunda bloq yazır və videolar çəkir. Bloqu “Uzaq Sahillərdə” adlanır. Bloqda az vəsait sərf etməklə səyahət etməyin yollarından, müxtəlif ölkələrin gəzməli, görməli məkanlarından, avtobus, metro, muzey biletlərinin qiymətlərindən və bu kimi bir çox əhəmiyyətli məlumatlardan bəhs edilir. 🙂Bloggerliklə bərabər Vloggerliklə də məşğul olan Jalə xanımın videoları YouTube kanalına bağlıdır. O, məhz sərfəli səyahətlə bağlı videolar hazırlayır və səyahətlərindən çəkdiyi videoları YouTube-da paylaşır. Video və bloq yazılarının əsas xüsusuiyyətlərindən biri isə, məhz onların Azərbaycan dilində olmasıdır. 🙂

Jalə xanım deyir ki: ” 2012 ci ildən müxtəlif layihələr çərçivəsində səyahət etməyə başladım və anladım ki, bu tamam başqa hiss və başqa bir aləmdir. Səyahət etməyi də bacarmaq lazımdır. Çoxsaylı məqamlar olduğunu anladım və səyahət etmək istəyən insanları bu 3 il əzində öyrəndiklərim, əldə etdiyim təcrübəni bölüşmək və onları səhayət etdiyim ölkələrlə tanış etmək istəyirəm. 🙂

Jalə xanımdan xanımlarımıza:
“Əziz Xanımlar, ilk növbədə cəsarətli olun! Qorxmayın, çəkinməyin, sadəcə çox çalışın, sevdiyiniz iş ilə məşğul olun və məqsədinizə doğru inamla irəliləyin. Sözsüz ki, səyahət etməyi də unutmayın. :)Səyahət edin, yeni məkanlar kəşf edin, yeni təamlar dadın, yeni dillər öyrənin. Qısası həyatdan zövq alın!” 🙂

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here