Xoşbulaq Oylağı

0
189

IMG_7805

Axşamınız xeyir 🙂 Bu gün Sizələ uşaqlıqdan yay aylarında çox tez-tez ziyarət etdiyim, təmiz havası olan Qoşqar dağının ətəyində yerləşən Xoşbulaqdan video hazırlamışam 🙂 Xoşbulaq kəndi Daşkəsən rayonunda yerləşir. Nənəmin verdiyi məlumatlara əsasən 😀 Kəndin əsl adı isə Xaçbulaqdır.Lakin sonradan “xaç” sözünü “xoş” sözünə dəyişib bu kəndi Xoşbulaq adlandırıblar. Belə ki, kəndin yaxınlığındakı üzərində xaç təsviri olan qədim bir bulağın adından götürülüb. Bu yerlərdə insanların məskənsalma tarixi e.ə.-lərə və tunc dövrünə kimi gedib çıxır. Buradan tapılmış e.ə. 3-cü minilliyə və tunc dövrünə aid arxeoloji abidələr, yaşayış yerləri, kurqanlar, daş qutu qəbirlər, zağalar və s.lər buna bir əyani sübutdur. Eyni zamanda da bu yerlərdə qədim albanların yaşadığı güman edilir. Çünki bu yerlərdə üzərində qədim Alban xaçı təsvir olunan daşlar, abidələr tapılmışdır. Hətda Yeni kənd adlanan yerdə Alban məbədləri bu günümüzə qədər də qalmaqdadır.

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here