Zəfər Tağı

0
49

 

Zəfər Tağı Fransanın dövlət rəmzi, həmçinin tarix və mədəniyyət abidəsi. Dünyada bir neçə tağ olmasına baxmayaraq ən ecazkarı və əzəmətlisi olaraq hər il çox saylı səyahətçiləri özünə cəlb edir.

İlk öncə Sizlərə Zəfər Tağının tikilmə tarixindən bəhs etmək istəyirəm.

Zəfər Tağının tikilmə əmri 1806-ci il Parisdə Napaleon Bonapart tərəfindən verilmişdir. Bu Əzəmətli və ecazkar tikili onun əvsanəvi qalibiyyət və qələbələrinin rəmzini daşıyırdı. Abidəni Jan-Fransua Şalgren layihələndirmişdir lakin öz ölümü səbəbindən hazır layihəni görə bilməmişdi. O tarixlərdə Bonopart  döyüşlərdə məğlub olmağa başlamışdır və beləliklə tikinti 30 ilə dək uzanır. Abidənin ilk təməl daşı İmperator tərəfindən öz ad günü tarixində 15 avqust 1806-cı ildə qoyulmuşdur. Təəssüf ki, İmpertaror özü belə hazır tikilinin şahidi olmadan 1821 ci ildə dünyasını dəyişir. Lakin illər sonra Napaleona minnətdarlıq rəmzi olaraq onun tabutu təntənəli şəkildə Zəfər Tağından keçirilir.

Zəfər Tağı ilə bağlı əfsanəvi qələbələr ilə birgə xoşagəlməz hekayələrdə var. Hitler tərəfindən Paris mühasiriyə alındıqda Faşist qoşunları Elisey bağlarından keçərək Zəfər Tağının nə dərəcədə parislilər üçün əhəmiyyətli olduğunu bilərək, məqsədli şəkildə onun altından keçiblər.

Zəfər Tağı Şarla de Golla (Place Charles-de-Gaulle) meydanında yerləşir. Meydanın adı ikinci dünya müharibəsi komandirinin şərəfinə adlandırılıb. Abidənin yerləşdiyi məkan çox unikaldır, belə ki, şəhərin müxtəlif istiqamətlərindən gələn 12 prostpekt ilə əhatə olunub və buna əsasən əvvəlki adı “Ulduz” meydanı olub.

triumfalnaya-arka-raspologenie-1

Maraqlı  Məqamlar!

– 1919-cu ildə Şarl Qodfrua Zəfər Tağından təyyarə ilə keçir. Onun təyyarəsinin (biplan) eni 7,5 metr idi. Zəfər Tağının eni isə 14,5 metrdir.

– 1965-1966-ci illərdə Zəfər Tağını sözün əsl mənasında ağardıblar. Belə ki, ətrafa saçilan karbon qazı və hisdən onun rəngi tundləşmişdi.

Zəfər Tağının ziyarətçilərə açıq olduğu saatlar və bilet qiymətləri.

Zəfər Tağını Dovlət bayram günlərindən ( 1 yanvar, 8 may, 14 iyul, 11 noyabr, 25 dekabr) başqa ilin bütün günləri 10:00 – 23:00  arası ziyarət etmək mümkündür. Qiş fəslinə doğru oktyabrın 1-dən martın 31-dək yarım saat daha tez bağladığı üçün 10:00 – 22:30.

Zəfər Tağının ən üst hissəsində Baxış Meydançası yerləşir və beləliklə, içəri daxil olmaq üçün 1 bilet – 9.50 avro, endirimli bilet – 5 avro, 18 yaşadək şəxslər üçün isə giriş ödənişsizdir. Baxış Meydançasından Sizləri möhtəşəm mənzərə gözləyir, hündürlüyünün 50m olmağına baxmayaraq rahatlıqla Eyfel qülləsini, Elisey bağlarını, ona doğru yerləşən 12 prospekti görə biləcək və ümumilikdə, ecazkar Parisdən zövq alacaqsınız. Son olaraq bu mənzərədən zövq almaq üçün ilk növbədə 300-dən çox pilləkən ilə yuxarı qalxmalı olacaqsınız.

triumfalnaya-arka-Paris-10

Baxış Meydançası 

Sizə gözəl səyahətlər arzusu ilə,  Jalə Ələkbərova

Redaktə etdi Aynur Qədiməliyeva 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here