Rəngarəng Mərakeş Krallığı.

0
1068

morocco Mərakeş krallığını 10 il öncə o Lider kanalında yayımlanan çox məşhur “Klon” serialından tanıyıb heyran olmuşdum. Düzü o zamanlar heç ağlımın ücündan belə keçməzdi ki, mən nə vaxtsa dostlarımla bu şəhəri ziyarət edəcəm. Hətda əminəm ki, kiməsə söyləsəydim bir xeyli gülərdilər. Mətləbdən uzaqlaşmayım 😀 deməli belə, Mərakeş Krallığında 4 gün keçirdik, 3 müxtəlif şəhərdə olduq.

Beləliklə, Mərakeş Krallığının paytaxtı Rabat şəhəridir, lakin turistlər tərəfindən ən çox ziyarət olunan özündə şərq mədəniyyətini tam təsvir edən, əsrlərlə paytaxt olan, zəngin tarixə malik olan və Qırmızı şəhər kimi də tanınan Mərakeşdən səyahətimiz başladı.

MenIMG_2578ara hava limanına çatdıqda Sizlər mütləq şəkildə xüsusi bir kağız doldumalısınız. Öncədən otelinizin, hostelinizin adını və adresini dəqiqləşdirin çünki bu məlumatları mütləq qeyd etməli olacaqsız.

Yoxlanışdan keçdikdən sonra pullarınızı MAD məzənnəsinə dəyişə bilərsiniz, lakin nəzərə alın ki, orada məzənnə yüksəkdir, onun üçün çalışın çox az miqdarda pul dəyişəsiz. Sonra şəhərin mərkəzində daha aşağı məzənnə ilə dəyişmək imkanınız olacaq. Əsas məsələ söyləyim ki, heç də həvəsli şəkildə məlumat məntəqəsinə şəhər xəritəsi almaq üçün getməyin, çünki Sizi mağazaya yönləndirəcəklər və oradan ala biləcəyinizi söyləyəcəklər. Qısası fikir verməyin əsas maps.me proqramınız olsun xəritəyə ehtiyac olmur o olduqdan sonra.

Və ən əsas məsələ hava limanından şəhərə getmək üçün çıxışda Sİzləri 19 nömrəli avtobus gözləyir. Avtobus şəhərin mərkəzinə kimi gedir, bir tərəfə gediş haqqı 30 MAD, lakin siz öncədən gediş-dönüş bileti ala bilərsiniz 50 MAD məbləğinə. Dönüş biletini nə zaman istəsəz istifadə edə bilərsiniz. Avtobusda wifi var, lakin sürücüdən şifrəni istəmək lazımdır.

Mərakeşdə qaldığımız məkanı www.airbnb.com saytından tapmışdım. Bu oteli çox məsləhət görürəm, həm yerləşdiyi məkan, həm şəraiti və çalışanları möhtəşəm idilər.

Mərakeşdə qaldığım otel

Mərakeşdə gəzməli və görməli məkanlar:

IMG_2601

  1. Al Kutubiya məscidi XII-ci əsrdə tikilib və Mərakeşdə yerləşən ən böyük məsciddir. Minarəsinin hündürlüyü 69 metr təşkil edir və içərisinə yalnız müsəlmanlar daxil ola bilər.

 

 

 

 

Djemaa_el_Fna,_evening2. Jemaa El-Fna meydanı Mərakeşin mərkəzi meydanıdır. Burada Sizlər at faytonlarına minib şəhərdə gəzə bilərsiniz, əlinizə xına çəkdirə bilərsiniz, 4 MAD qiymətinə yeni çəkilmiş portağal şirəsi  və ya 10 MAD qiymətinə qarışıq şirə ala bilərsiniz, ilanlarla şəkil çəkdirə bilərsiniz və sair. Meydanın ətrafında kafe  və restoranlar var orada müxtəlif təamlar dada bilərsiniz, lakin öncədən bir qiymətlərə nəzər yetirin. Axşam saatlarında isə burada dünyanın ən böyük restoranı açılır, düzünü desəm o kiçik məkanlarda qiqiyena və sanitariya mövzuları müzakirə belə oluna bilməz, lakin insanlar orada iştahla yemək yeyirlər, hətda                                                                                           onlardan biri də özüm idim.

IMG_51243.  El Badi Sarayı Sultana məxsus idi və orada 360 otaq var idi.

  İş saatı: 08:30 – 17:45 

  Bilet: 20 MAD

  Ünvan: Ksibat Nhass, Marrakesh

 

 

 

images

  1. Bahiyə Sarayı Sidi Musaya məxsus idi və 7 il müddətində tikilmişdir.

İş saatı: 08:30 – 17:45  Cümə qeyri iş günü

Bilet: 10 MAD

Ünvan:  5 Rue Riad Zitoun el Jdid, Marrakesh

 

 

EXP_A3NTJM

 

  1. Menara Bağları 12 ci əsirdə tikilmişdir.

İş saatı: 08:00 – 19:00 

Bilet: 20 MAD

Ünvan:  Aïn Mezouar, Marrakech

 

 

 

IMG_5339

  1. Mojarel Bağı Fransalı rəssam Jan Mojarel tərəfindən salınıb. Orada müxtəlif növ bitkilər su lotoslarından başlayaraq, meksika kaktuslarınadək görə bilərsiniz.

İş saatı: 08:00 – 19:00 

Bilet: 70 MAD ümümi bağ; 40 MAD Jan Mojarelin ev muzeyi   

Ünvan:  Jardin Majorelle, Marrakech

 

45512_603x354

  1. Saaditlərin məqbərəsi Sultan Əhməd – Al – Mansur ilə birgə burada 170 Sultanın həyat yoldaşlarının və ilk məsləhətçilərinin qəbri yerləşir.

İş saatı: 08:00 – 19:00 

Bilet: 20 MAD

Ünvan: Rue de La Kasbah, Marrakesh

 

DSC_0908

  1. Bab Bebbarh Mərakeşdə dəri təmizlənən və rənglənən məkandır. Maraqlı məkan idi lakin dəəşətli qoxu var idi, bilmirəm o insanlar orda necə işləyirlər. Buraya girişdə Sizə nanə verəcəklər mütləq götürün. Buranı ziyarət etdikdə sizə hər tərəfi göstərəcəklər hələ ingilis dilində bütün dərinin təmizlənmə və hazırlanma prossesini anlatacaqlar, sonra Sizdən 200 dirham ~ 20 avro pul istəyəcəklər. Ərəblər turist gördülər 100 dirhamdan aşağı say söyləmirlər. O zamanda Sizlər deyirsiz ki, mən səndən xahiş etməmişdim ki, mənə bələdçi olasan və çıxarıb 20-30 dirham verin. Əsas məsələ pul qabınızı onların gözünün önündə açmayın, çox iti gözləri var orada başqa pul görsələr Sizdən əl                                                                                             çəkən deyillər.

Sizlərə Mərakeşdə daddığım təamlar barəsində məlumat vermək istəyirəm.

12970858_1718856508384836_9010532938479623630_o

Burada tərəvəzsiz olan Tanjiadır bizim kalapıra bənzəyir və çoox dadlıdır 🙂 digəri isə artıq qeyd etdiyim Tajindir. Qiymətləri təxmini 3 EUR yəni 30 MAD

 

 

 

 

12977154_1718856488384838_5343863906327131417_o Mərakeş mətbəxinə məxsus növbəti təam Kuskus, tərəvəzlər və toyuq əti ilə 🙂 Qiyməti təxmini 3 EUR yəni 30 MAD

 

 

 

 

12985468_1718856015051552_7760713658785199431_n

Tajine adlanan çox dadlı və möhtəşəm yemək 🙂 Qoyun əti, kartof, kök, pamidor və sair. Qiyməti təxmini 3 EUR yəni 30 MAD

 

 

 

 

13000179_1718856381718182_7623482216670132696_n

Jemaa El-Fna Meydanında hər axşam qurulan restoranların birində bu yeməkləri sifariş vermişdik. Qyməti təxmini 6 EUR yəni 60 MAD idi lakin qeyd edim ki, soyuq idilər deyə mən bəyənmədim 🙂

 

 

 

 

kasablankaMərakeşdə 1 gün keçirdik sonra 2-ci gün okeanda üzmək eşqi ilə Kasablankaya yol aldıq. Qatar 3 saat 30 dəq müddətində gedirdi və 2 ci klass bilet almışdıq  98 MAD qiymətinə. Baxmayaraq ki, Kasablankaya bir çox musiqilər yazılıb və oranın heyrətamiz olduğundan bəhz edilir, lakin mən heç də razı deyiləm. Mənə görə Kasablanka adı industrial şəhər idi və maraqlı məkanlardan orada çox böyük və əzəmətli  II Həsən  məscidi yerləşir. Məscidə yalnız müsəlmanlar daxil ola bilər. Sözsüz ki, unutmaq lazım deyil ki, Kasablanka Atlantik okeanın sahilində yerləşir. Ümumilikdə şəhərdə 2 istiqamətdə hərəkət edən tramvay işləyir. Mərkəz istiqamətinin əksinə hərəkət edən  tramvay ilə getsəniz sonuncu dayanacaq okeanın sahilinə çox yaxındır. Tramvay biletini dayanacaqdaki xüsusi aparatalardan ala bilərsiniz.

The-Hassan-II-Mosque

IMG-Hassan-II-Mosque-9

fdc478916bc07ec78f665bb6b13acd84

Burada iki gecə qaldıq və www.airbnb.com  saytından çox sərfəli qiymətə ev tapmışdım.

Kasablankada qaldığım ev

Bir də qeyd edim ki, Kasablankada taksiyə üç nəfər otura bilər. Yalnız dörd və daha çox olduğunuz halda, ya bölünməlisiniz, ya da xüsusi böyük taksi tapmalısız.

IMG_5278Mərakeş Krallığında olduğum üçüncü gün Fəs şəhərini ziyarət etmək üçün 116 MAD məbləğinə qatara 2-ci dərəcəli bilet aldıqdan sonra Fəs şəhərinə yola duşduk. Fəs sənətkarlar sənəşəhəridir. Burada sizlər müxtəlif sənətkarlıq nümünələri ilə tanış ola bilərsiniz. Fəsdə ən maraqlı məkan Mədinədir. Burada Sizlər dərilərin, iplərin necə rəngləndiyini, kilimlərin, aloy liflərindən şalların, orqan yağının necə hazırlandığını görə biləcəksiniz. Fəs şəhərində də taksilərə yalnız üç nəfər otura bilir və taksilərdə sayğac  var, lakin oturmazdan öncə sürücü ilə mütləq danışın ki, sayğacı qoşsunlar. Fəs şəhərində bir neçə saat gəzdikdən sonra 90 MAD məbləğində CTM avtobuslarına bilet alıb yenidən Kasablankaya yol aldıq. Mərakeş Krallığında keçirdiyimiz dördüncü gün isə qatar ilə Kasablankadan Mərakeşə yola düşdük  bir neçə saat Mərakeşdə gəzdikdən sonra hava limanına yol aldıq.

Son olaraq, ümumi təəssuratlarımı Sizinlə bölüşmək və bir çoxlarınıza qaranlıq qalan məqamlara aydınlıq gətirmək istərdim. Bildiyiniz kimi ora müsəlman ölkəsidir və xanımlar hicabla gəzir, lakin Sizlər rahatqlıqla hədsiz dərəcədə açıq olmayan yay geyimləri geyinə bilərsiniz. Söz atmaq, baxmaq və narahat edilmək məsələlərinə gəldikdə isə bu yazıxlar görməyib deyə maraqla baxırlar ona qalmış Azərbaycanda əksər əks cins nümayəndələrinin gözləri öyrəşmiş olsa belə yenə də baxırlar qısası bu baxımdan orda heç qəribçilik çəkməyəcəksiniz. Qiqiyena və təmizlik mövzusuna gəldikdə təəsüf ki, vəziyət heç də ürək açan deyil. Məsələn Sizin yeyəcəyiniz çörəyə Sizin əliniz dəymədən öncə ən azı 10 nəfərin əlcəksiz əli dəymiş olacaq və bu da onlar üçün çox normaldır. Əsasən, Fəs və Mərakeşdə varlı və kasıb insanların arasında olan o böyük fərqi görəcəksiz. Bu mənfi məqamlara baxmayaraq, mənim üçün Mərakeş Krallığı zəngin şərq mədəniyyətinə və qədim tarixə malik olan çox maraqlı və fərqli ölkədir.

Hər kəsə gözəl səyahətlər arzusu ilə, Jalə Ələkbərova

Redaktə etdi, Gülruh Hüseynova

 

 

 

 

 

 

 

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here