Sərfəli (Low cost) Hava yolları ilə əlaqəli 6 vacib məqam!

0
355

thumb_g_1255094218_9_flights_low_cost_companiesTəəccüblü deyil ki, son zamanlar sərfəli (low cost) hava yollarına tələbat getdikcə artır. Belə ki, onlar sayəsində insanlar dünyanın müxtəlif ölkələrinə sərfəli qiymətlər ilə səyahət etmək imkanı əldə edirlər. Lakin ucuz ətin şorbası olmadığı kimi buradada aşağı bilet qiymətlərlə birgə baqaj, əl çantası, qeydiyyat və qidalanma üçün müəyyən edilmiş ciddi tələblər, qadağalar və rüsümlar var.

Beləliklə mən Sizlərə sərfəli (low cost) hava yollarından istifadə zamanı bilməli olduğunuz vacib məqamlardan bəhs edəcəyəm…

  1. Qeydiyyat

Ən vacib məqamlardan biri qeydiyyatdır, belə ki, Siz bilet aldığınız zaman və ya sonra mütləq şəkildə qeydiyyatdan keçməlisiniz ki, (boarding pass) minik biletini yəni sizin oturacağın nömrəsi qeyd olunmuş kağızı əldə edəsiz. Daha sonra isə (boarding pass) minik biletini çap edirsiz və ya telefona passbook-a, yaxud sadəcə şəkil olaraq yükləyib Hava limanına onunla gəlməlisiniz. Onlayn qeydiyyatın 2 növü var: ödənişli və ödənişsiz. Ödənişsız qeydiyyat zamanı sizin oturacaq seçmək kimi hüququnuz olmur. Ödənişli qeydiyyatdan keçdikdə isə siz istədiyiniz oturacağı seçə bilərsiniz.Oturacaqların qiyməti təxmini 4 €-dan başlayır və təyyarənin ön oturacaqlarına doğru qiymət artır.

Ümumiyyətlə onlayn qeydiyyat uçuşdan 2 saat əvvəl bağlanır və siz gecikdiyiniz halda müəyyən rüsum ödəyərək hava limanında qeydiyyatdan keçməli olursunuz. Ödənişlər aviaşirkətlərdən aslı olaraq dəyişir, məsələn,Wizzair üçün 10 € olduğu halda Ryanair üçün 45 € -dur.

Yəni, onlayn qeydiyyatı qəti şəkildə unutmayın!

online_wzzplaceit

(Boarding pass) Minik Bileti

  1. Əl yükü

Bir çox  sərfəli (low cost) hava yollarında Sizə tam ödənişsiz şəkildə yalnız 1 ədəd müəyyən ölçülərə cavab verən əl yükü ilə təyyarəyə daxil olmağa icazə verilir. Sözsüz ki, istisnalarda var və bəzi hava yolları 1 əl yükü və əlavə çantaya icazə verir, həmçinində,ölçülər və kiloqram şirkətdən aslı olaraq dəyişir

Aviaşirkət Ölçülər Çəki Əl yükü
Aeroflot 55x40x20 sm 10 kl 1 baqaj və əlavə çanta
Airbaltic 55x40x20 sm 8 kl 1 ədəd  baqaj
Airberlin 55x40x23 sm 8 kl (laptop ilə 10 kl) 1 ədəd  baqaj
Atlas Jet/AtlasGlobal 56x45x25 sm 8 kl 1 ədəd  baqaj
Air France 55x35x25 sm 12 kl 1 baqaj və əlavə çanta birlikdə 12 kl
Aegean Airlines 56x45x25 8 kl 1 ədəd  baqaj
Easyjet 56x45x25 sm limitsiz 1 ədəd  baqaj
Flybe 55x40x23 sm 10 kl 1 ədəd baqaj
German Wings 55x40x23 sm 8 kl 1 ədəd  baqaj
Iberia 56x45x25 sm limitsiz 1 baqaj və əlavə çanta
Jet2 56x45x25 sm 10 kl 1 ədəd  baqaj
KLM 55x35x25 sm 12 kl 1 baqaj və əlavə çantası
LOT 55x40x23 sm 8 kl 1 ədəd  baqaj
Lufthansa 55x40x23 sm 8 kl 1 baqaj və əlavə çanta
Norwegian 55x40x23 sm 10 kl 1 baqaj və əlavə çanta
Onur Airlines 56x45x25 sm 8 kl 1 ədəd  baqaj
Pegasus 55x40x20 sm 8 kl 1 ədəd  baqaj
Ryanair 55x40x20 sm 10 kl 1 baqaj və əlavə çanta
Scandinavian Airlines 55x40x23 sm 8 kl 1 baqaj və əlavə çanta
Thomas Cook 55x40x20 sm 6 kl 1 baqaj və əlavə çanta
Transaero 55x40x20 sm 8 kl 1 ədəd  baqaj
Transavia 55x40x25 sm 10 kl 1 baqaj və əlavə çanta
Volotea 55x40x20 sm 10 kl 1 baqaj və əlavə çanta
Vueling 55x40x20 sm 10 kl 1 ədəd  baqaj
Wizzair 42x32x25 sm 10 kl 1 ədəd  baqaj
XL airways 55x35x25 sm 5 kl 1 baqaj və əlavə çanta

bc26ae4b5560fa0950cc1f56aa74de69 baggage_Wizzair_2013

Əl yükü və Çamadanları ölçmək üçün formalar

Qeyd edim ki, Siz əlavə ödəniş və qeydiyyat edərək böyük çamadan ilə də səyahət edə bilərsiz. Ödənişli baqajınız olduğu halda mütləq şəkildə baqajın qeydiyyatını təsdiq edən sənədi çap edin, hava limanında ehtiyacınız ola bilər. Ödənişli baqajın qiymətləri aviaşirkətlərdən aslı olaraq dəyişir və onlayn qeydiyyat etdiyiniz halda minimum 12 €-dan başlayır. Ən məsləhətlisi onlayndır, çünki, hava limanında baqajın qeydiyyatı üçün rüsüm daha çoxdur.

  1. Yemək və Su

Sərfəli (low cost) hava yolları uçuş ərzində sərnişinlərə ödənişli yemək və içkilər təklif edir. Belə ki, oturacağın qarşısında menyu olur və orada siz yeməklərin, içkilərin, ətirlərin, kosmetik vasitələrin hətta aksesuarların müxtəlif növləri və qiymətləri ilə tanış ola bilər, eyni zamanda elə təyyarədə əldə edə bilərsiniz.

shop1menu2

 Wizzair Menyu

  1. Maye ( Ətir,şampun, diş pastası, duş geli, saç geli və s.)

Əl yükünün içərisində daşınan mayelərin həcmi 100 ml-dən, ümumi həcm isə 1 lt-dən artıq olmamaq şərti  ilə 20×20 sm ölçülü, rəngsiz və xüsusi şəkildə bağlanan plastik çantaya yerləşdirilməlidir.

flyer_1ruchnaya-klad-v-samolete-17

  1. Təyyarədə ödənişsiz yerləşdirə biləcəyiniz əşyalar
  • 2 yaşadək uşaqlar üçün nəzərdə tutulmuş uşaq arabası və beşik (yığılan)
  • Fiziki qusurlu sərnişinlərə məxsus qoltuqağacı
  1. Qadağalar

Əksər sərfəli (low cost) hava yollarında 1 ədəd əl yükünə icazə verildiyi üçün Siz özünüzlə əlavə olaraq fotoaparat,notebook və ya tablet götürdüyünüz halda sizə təyyarəyə daxil olmağa icazə verilməyəcək. Ona görə  bu əşyaları da əlinizdə olan 1 ədəd çantaya yerləşdirilməlisiniz. Lakin, bəzi şirkətlər var ki, 1 ədəd əl yükü və əlavə kiçik çantaya da icazə verirlər.

Təyyarəyə çiçəklə, həmçinin, Duty Free-dən aldığınız və ölçüləri tələblərə uyğun olmayan içkilər və yaxud başqa hər hansı bir əşya ilə daxil ola bilməzsiniz.

Və son olaraq ehtiyyat igidin yaraşığıdır deyiblər, ona görədə biletinizi aldığınız zaman biletin məxsus olduğu aviaşirkətə əsasən, bütün bu məqamlara diqqət yetirməyi unutmayın.

Sizə gözəl səyahətlər arzusi ilə,  Jalə Ələkbərova

Redaktə etdi Nərgiz İsmayılova

 

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here